Gəncənin bir neçə ərazisində dirəklər təhlükəli vəziyyət yaradır. Bu haqda Gencexeber.az-a 21 fevral tarixində məlumat daxil olub.
Söhbət Şota Rustaveli, Ağamirzə Əhmədov və Faiq Bayramov küçələrindən gedir. Adıçəkilən ərazilərdə işıq və telefon dirəkləri əyilib.
Dirəklər avtomobillər və yaşayış evləri üçün təhlükə yaradır. Həmin məhəllələrdə yaşayan sakinlər bu vəziyyətin həll olunmasını istəyirlər.
Qeyd edək ki, Ağamirzə Əhmədov küçəsindəki telefon dirəyi qaz borusuna söykənib. Sakinlər bu vəziyyətdən narahatdırlar.
[modula id="55180"]