Gəncədə mərkəzi prospektdə təmir işləri görülür. Bu haqda Gencexeber.az-a 4 aprel tarixində məlumat daxil olub.
İşlər Heydər Əliyev ilə Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində aparılır. Adıçəkilən əraziyə aidiyyəti qurumun texnikası və canlı qüvvəsi cəlb olunub.
Prospektdə köhnə asfalt örtüyü qaşınır. Növbəti mərhələdə yola yeni asfalt salınacaq.
Qeyd edək ki, təmir işləri ilə əlaqədər yolda sıxlıq yaranıb. Həmçinin avtomobillərin sərbəst hərəkəti qismən məhdudlaşıb.
[modula id="57461"]