Gəncədə hərəkət tənzimləyiciləri fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 22 aprel tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Atatürk ilə Nizami Gəncəvi prospektlərinin kəsişməsində müşahidə olunur. Ərazidə yerləşən dörd işıqfordan heç biri işləmir.
Sürücülər qəza şəraitinin yaranmasından narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə, analojı vəziyyət artıq 40 dəqiqədir davam edir.