Gəncədə kəsişmələrin birində işıqfor işləmir. Bu haqda Gencexeber.az-a 12 mart tarixində məlumat daxil olub.
Sözügedən vəziyyət Heydər Əliyev ilə Nizami Gəncəvi prospektlərinin kəsişməsində müşahidə olunur. Adıçəkilən ərazidə hərəkət tənzimləyiciləri çalışmır.
Nəticədə burada sıxlıq müşahidə olunur, avtomobillərin idarə edilməsi çətinləşib. Sürücülərin sözlərinə görə, kəsişmədə qəza şəraiti yaranır.