Gəncədə dirəklərin təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 4 mart tarixində məlumat daxil olub.
Söhbət Oğuz və Üzeyir Hacıbəyli küçələrindən gedir. Adıçəkilən ərazilərdə telefon və işıq dirəkləri əyilib. Qəzalı dirəklər aşmaması üçün sakinlər tərəfindən dayağa birləşdirilib.
Küçələrdə yaşayan məhəllə sakinlərinin sözlərinə görə, qəzalı dirəklər hər kəs üçün təhlükə yaradır. Onlar dirəklərin aşa biləcəyindən qorxurlar.
[modula id="55869"]