Gəncənin bəzi küçələrində lüklər baxımsız vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 26 dekabr tarixində məlumat daxil olub.
Bu hal Təbriz və Molla Pənah Vaqif küçələrində müşahidə olunur. Birinci küçədə avtomobil yolunda lük qapaqsız və açıq vəziyyətdədir. Bu da nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradır.
Digər küçədə isə lük asfalt örtüyünün səviyyəsindən aşağıda yerləşir. Quyuların cari vəziyyəti avtomobil və piyadalara təhlükə yaradır.
[modula id="52282"]