Gəncədə bir neçə küçədə dirəklər hər an aşa bilər. Bu haqda Gencexeber.az-a 12 yanvar tarixində məlumat daxil olub.
Söhbət Hacı Zeynalabdin Tağıyev və Xudadat bəy Rəfibəyli küçələrindən gedir. Adıçəkilən ərazilərdə işıq və telefon dirəkləri əyilib.
Dirəklər avtomobillər və yaşayış evləri üçün təhlükə yaradır. Həmin məhəllələrdə yaşayan sakinlər bu vəziyyətin həll olunmasını istəyirlər.
[modula id="52971"]