Gəncədə iki küçənin təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 22 yanvar tarixində məlumat daxil olub.
Söhbət Həzi Aslanov və Gülüstan qəsəbəsindəki Fəxrəddin Yusubov küçələrindən gedir. Adıçəkilən ərazilərin yolları yararsız haldadır.
Həmin küçələrin yeni asfalt örtüyünə ehtiyacı var. Sakinlərin sözlərinə görə, yağış yağandan sonra məhəllədə palçıq və gölməçələr yaranır. Həmçinin Fəxrəddin Yusubov küçəsinin sakinləri əlavə ediblər ki, küçənin bir neçə hissəsində işıqlandırma sistemi mövcüd deyil.
[modula id="53565"]