Gəncədə bir küçədə təmir işləri gedir. Bu haqda Gencexeber.az-a 22 dekabr tarixində məlumat daxil olub.
İşlər Hacı Məhəmmədhüseyn Rəfiyev küçəsində aparılır. Adıçəkilən ərazidə yolun yararsız və təmirə ehtiyacı olduğu barədə xəbər vermişdik.
Sözügedən küçəyə aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb edilib. Yolun yararsız hissələrinə asfalt örtüyü salınır.