Gəncədə bir neçə küçə işıqlandırılmır. Bu haqda Gencexeber.az-a 30 mart tarixində məlumat daxil olub.
Söhbət Pərviz Səmədov, Hacı Məhəmmədhüseyn Rəfiyev, Rauf Nağıyev, Rizvan Əliyev, Saleh Musayev və Məstan Əliyev küçələrindən gedir. Axşam saatlarında ərazi işıqlandırılmır. Bu hal sakinlər üçün çətinlik yaradır.
İlk iki küçədə işıq dirəkləri olsa da, fəaliyyət göstəmir. Digər küçələrdə isə işıq dirəkləri mövcud deyil. Sakinlərin sözlərinə görə, hava qaralanda ərazi zülmət qaranlıq olur. Onlar yaşadıqları ərazilərin işıqlandırılmasını xahiş edirlər.
[modula id="57130"]