Gəncədə mövsümi güllərin əkini davam edir. Bu haqda 27 mart tarixində MKTİB-yə istinadən məlumat veririk.
Yaşıllaşdırma aksiyası Nizami Gəncəvi prospektində yerləşən "Əllərin dairəsi" adlanan ərazidə və Müseyib Bağırov küçəsində təşkil olunub. Əraziyə MKTİB-nin əməkdaşları cəlb ediliblər. Burada qurumun gülçülük və tingçilik təsərrüfatında yerli mütəxəssislər tərəfindən yetişdirilən müxtəlif güllər, dekorativ kollar əkilib.