Gəncədə bir sıra küçələrdə lüklər yol səthi ilə bərabərləşdirilib. Bu haqda Gencexeber.az-a 26 dekabr tarixində məlumat daxil olub.
Söhbət Ələsgər Məmmədov, Cəmil Lənbəranski, Məhsəti Gəncəvi, Allahverdi Həsənov, Müslüm Maqomayev, Vüqar Həsənov, Faiq Bayramov, İmam Mustafayev və Xudadat bəy Rəfibəyli küçələrindən gedir.
Adıçəkilən ərazilərə aidiyyəti qurumun texnikası və canlı qüvvəsi cəlb olunub. Lüklər təmir edilib.
Qeyd edək ki, həmin lüklər küçələrə yeni quraşdırılıb.
[modula id="52262"]