Gəncə sakinləri həyətlərində kanalizasiyanın olmamasından narahatdırlar. Bu haqda Gencexeber.az-a 22 dekabr tarixində məlumat daxil olub.
Söhbət Mikayıl Rəhimov ilə Nigar Rəfibəyli küçələrinin kəsişməsindəki ərazidən - 42 nömrəli məktəbin yanından gedir. Sakinlərin sözlərinə görə, burada kanalizasiya xətti olmadığından sular küçəyə axır.
Sözügedən vəziyyət səbəbindən yolda böyük gölməçələr yaranıb. Nəticədə ərazidə avtomobillərin və piyadaların hərəkətində çətinlik əmələ gəlib.
[modula id="52041"]