Gəncədə əyləncə proqramı təşkil olunacaq. Bu haqda 18 aprel tarixində Gəncland-a istinadən xəbər veririk.
Şəhərimizdə uşaqlar üçün 20-21 aprel tarixlərində saat 17:00-da “Kids Party” keçiriləcək. Tədbir “Gəncland” Ailəvi İstirahət və Əyləncə Kompleksində baş tutacaq.
Əyləncə proqramına qatılmaq ödənişsizdir, istəyən hər kəs iştirak edə bilər.
Qeyd edək ki, kompleks Yeni Gəncə qəsəbəsində yerləşir.