Gəncədə sərgi təşkil olunacaq. Bu haqda 9 yanvar tarixində “Gəncə Qalası”na istinadən xəbər veririk.
13-22 yanvar tarixlərində “Gəncə Qalası” Ticarət və Əyləncə Kompleksində Hindistan sərgisi baş tutacaq. Yarmarka saat 11:00-dan 20:00-dək davam edəcək.
Sərgidə bol çeşidli məhsullar təqdim olunacaq. Burada iştirak ödənişsizdir.