Gəncədə ağacəkmə aksiyası keçirilib. Bu haqda 11 dekabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Aksiya ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə baş tutub. Tədbir çərçivəsində 5000-dən çox iqlim şəraitinə uyğun ağaclar əkilib, onlara xüsusi aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyası İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Dövlət Aqrar Universitetinin, Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Tibb Kollecinin, GDU-nun nəzdində Regional Kollecin, Regional Təhsil İdarəsinin, Regional Mədəniyyət İdarəsinin, Regional Gənclər və İdman İdarəsinin, AMEA Bölməsinin, həmçinin AYNA Regional İdarəsinin və digər müəssisələrin təşkilatçılığı ilə keçirilib.