Gəncə Şəhər Birləşmiş Xəstəxanasında təlim keçirilib. Bu haqda 30 yanvar tarixində Göygöl Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər veririk.
Tədbir azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi mövzusunda təşkil olunub. Burada iştirakçılara erkən uşaqlıq dövrünün dəstəklənməsi və patronaj tibb bacılarının yeni rolu barədə məlumat verilib. Təlim interaktiv şəkildə keçirilərək iştirakçıların sualları cavablandırılıb.
Təlimdə ilkin səhiyyə xidmətinin rəhbəri və Gəncə TƏB üzrə kurator Xalidə Sadıqova ilkin səhiyyə xidmətinin gücləndirilməsi perspektivləri, azyaşlı uşaqlar, hamilə və zahı qadınlara göstərilən patronaj xidmətlərinin universal proqressiv modelinin tətbiqinin gücləndirilməsi haqqında çıxış edib.