Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan müharibə iştirakçısını ziyarət edib. Bu haqda 18 yanvar tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
44 günlük Vətən müharibəsi iştirakçısı Fərid Arzu oğlu Əliyev ehtiyatsızlıq zəminində yanıq xəsarəti alıb. Onu Niyazi Bayramov ziyarət edərək səhhəti ilə maraqlanıb.
Fərid Əliyev Abbas Səhhət adına Xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə aparılıb, ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. O, üz nahiyəsindən, gövdəsindən, hər iki aşağı və yuxarı ətrafından II-III dərəcəli yanıq xəsarətləri alıb. Vəziyyətinin ağır olduğu bildirilib.
[modula id="53387"]