Gəncədə növbəti küçədə lüklər yol səthi ilə bərabərləşdirilir. Bu haqda Gencexeber.az-a 2 fevral tarixində məlumat daxil olub.
İşlər Ruzigar Qasımov küçəsi, 2-ci döngədə aparılır. Adıçəkilən əraziyə aidiyyəti qurumun texnikası və canlı qüvvəsi cəlb olunub.
Həmin küçədə çalışan əməkdaşlar lükləri təmir edirlər. Onlar quyuların səviyyəsini asfalt örtüyü ilə bərabərləşdirirlər. Daha sonra lüklər xəbərdarlıq məqsədilə lentə alınır.
[modula id="54198"]