Gəncədə şagirdlərlə görüş təşkil olunub. Bu haqda 23 dekabr tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Ümumtəhsil məktəblərində Respublika Fənn Olimpiadasının rayon və şəhər mərhələsində iştirak edəcək şagirdlərlə görüş keçirilib.
Tədbirin məqsədi şagirdləri Olimpiadanın hazırlıq mərhələsi ilə tanış etməkdir. Həmçinin onlara lazımi tövsiyələr verilib.