Sabah Ramazan ayının ondoqquzuncu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə əsasən, martın 29-da Gəncə üzrə imsak vaxtı saat 05:15, iftar vaxtı isə saat 19:31-dir.
Ramazan ayının 19-cu gününün duası:
“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”.
Tərcüməsi:
“İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Xatırladaq ki, bu gün, martın 28-dən 29-na keçən gecə Ramazan ayının ilk Qədr gecəsidir.