Gəncədəki rəsmi şəxslər sexlərin birinin fəaliyyəti barədə məlumatlandırılıblar. Bu haqda 18 dekabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Niyazi Bayramov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovla birgə “Gəncə Tekstil” ASC-də olub. Onlar istehsal müəssisəsinin fəaliyyəti barədə məlumat alıblar.
Qonaqlara bildirilib ki, burada 6 istehsal sexi fəaliyyət göstərir, bu sexlərdə 127 nəfər çalışır. Burada tibbi tənzif və hiqroskopik tibbi pambıq, yun xalçalar istehsal edilir.