Gəncədə açıq birincilik baş tutub. Bu haqda 26 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
"Xocalı Soyqırımı"na həsr olunan Qrapplinq idman növü üzrə açıq şəhər birinciliyi Olimpiya İdman Kompleksində keçirilib. Burada 150 nəfər uşaq, gənc və böyük mübarizə aparıb. Turnir iki gün davam edib. Birinciliyə Gəncə, Göygöl, Şəki, Zaqatala, Yevlax, Şəmkir, Gədəbəy, Daşkəsən və Bakı təmsilçiləri yarışıblar.
Sonda qaliblər mükafatlandırılıblar.