Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 13 aprel tarixində məlumat daxil olub.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Adıçəkilən ərazidə “Kia” və “VAZ-2107” markalı nəqliyyat vasitələri toqquşub.
Şahidlərin sözlərinə görə, birinci avtomobil işıqforun qırmızı işıq tələbini pozaraq hərəkətini davam etdirib. Nəticədə dönmə əməliyyatı yerinə yetirən “VAZ” ona çarpılıb.
Qəza yerinə polis və sığorta əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.