Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 7 noyabr tarixində məlumat daxil olub.
Hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. İkinci zolaq ilə hərəkət edən “Chevrolet” markalı avtomobil sola dönmə əməliyyatı yerinə yetirib. Nəticədə üçüncü zolaq ilə hərəkət edən “Hyundai” markalı nəqliyyat vasitəsinə çarpılıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şahidlərin sözlərinə görə, qəzanın səbəbkarı “Chevrolet”in sürücüsü olub.