Gəncədə qəza törədən sürücülər saxlanılıblar. Bu haqda 29 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
İki nəfər şəhər sakini “VAZ” markalı avtomobil ilə avtoxuliqanlıq edərək “yarış təşkil ediblər”. Onlar bir-biriləri ilə toqquşaraq qəza törədiblər. Həmin sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Avtoxuliqanlar barəsində protokol tərtib olunaraq, məhkəməyə göndərilib.
Bundan başqa, Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıblar.
[modula id="53940"]