Gəncədə məktəblilər aksiya keçiriblər. Bu haqda 9 mart tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “Qadın Gülərsə” sosial kampaniyası təşkil olunub. Kampaniyaya 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səltənət Quliyeva və V sinif şagirdləri də qatılıblar. Onlar təhsil müəssisəsinin yaxınlığında çalışan xanımlara gül hədiyyə edərək 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.