Gəncədə məktəblərin birinin ərazisində dirəyin təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 29 dekabr tarixində məlumat daxil olub.
Bu hal 18 saylı tam orta məktəbin həyətində müşahidə olunur. Ərazidə elektrik dirəyi əyilib. Bu da məktəblilər üçün təhlükə yaradır. Onlar bu vəziyyətdən narahatdırlar.
Bundan əlavə, təhsil ocağının arxa tərəfində natəmizlik hökm sürür. Əraziyə zibillər atılır.
Qeyd edək ki, ərazinin natəmizliyi barədə daha öncə bir neçə dəfə məlumat vermişik.
[modula id="52454"]