Gəncədə doğum günü olan bəstəkarın abidəsi olan ərazi abadlaşdırılıb. Bu haqda 16 aprel tarixində MKTİB-yə istinadən məlumat veririk.
Bu gün dünya şöhrətli bəstəkar Qəmbər Hüseynlinin anadan olmasından 108 il ötür. Bu münasibətlə incəsənət xadiminin abidəsi və ətrafındakı parkda təmizlik işləri görülüb, əraziyə mövsümi güllər əkilib, mövcud və yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Daha öncə burada uşaqlar üçün attraksionlar, həmçinin idmansevərlər üçün trenajorlar qurulub. Həmçinin parka oturacaqlar qoyulub, müasir işıqlandırma sistemi çəkilib və zibil qutuları yerləşdirilib.