Gəncənin küçələrindən birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 15 aprel tarixində məlumat daxil olub.
Hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. Adıçəkilən ərazidə evlərə verilən yeraltı su xətti partlayıb.
Nəticədə həmin yerdən sızan su prospekt boyunca axır. Bu da gölməçələrin yaranmasına səbəb olur. Sakinlər bu məsələnin həll olunmasını xahiş edirlər.