Gəncədə seminar-müşavirə keçirilib. Bu haqda 13 yanvar tarixində Mərkəzi Seçki Komissiyasına istinadən xəbər veririk.
Prezident seçkiləri ilə əlaqədar polisin seçkilərdə xidməti fəaliyyətinin təkmilləşdirilməsi üçün seminar-müşavirə təşkil edilib. Burada seçki prosesi, onun mərhələləri, müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları barəsində danışılıb. Həmçinin seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusuna toxunulub.
Tədbirdə MSK-nın, DİN-in, Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri - Oqtay Tağıyev, Sənan Əliyev, Baş Polis İdarəsinin rəis müavini Mehman İbrahimov və MSK-nın üzvü Tofiq Həsənov iştirak ediblər.