Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 17 aprel tarixində məlumat daxil olub.
Söhbət Firdovsi küçəsindən gedir. Adıçəkilən ərazidə piyada səkisinin kənarında yerin altından keçən su xətti partlayıb.
Nəticədə su həmin yerdən sızaraq küçə boyunca axır. Bu səbəbdən yolda gölməçələr əmələ gəlib. Sakinlər küçədən rahat hərəkət edə bilmədiklərini bildiriblər.