Gəncədə küçələrin birində lüklər səliqəyə salınır. Bu haqda Gencexeber.az-a 8 fevral tarixində məlumat daxil olub.
İşlər Oğuz küçəsi, 4-cü dalanda aparılır. Adıçəkilən əraziyə aidiyyəti qurumun texnikası və canlı qüvvəsi cəlb olunub.
Ərazidə yeni quraşdırılan lüklər təmir edilir. Onlar yol səthi ilə bərabərləşdirilir. Lüklərin ətrafı xəbərdarlıq məqsədilə lentə alınır.