Gəncədə təqdimat mərasimi baş tutacaq. Bu haqda 9 fevral tarixində sosial şəbəkələrə istinadən məlumat veririk.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində keçiriləcək. Burada filologiya elmləri doktoru, professor Ramazan Qafarlının monoqrafiyası təqdim ediləcək. Əsər “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti” adlanır.
Təqdimat mərasimi bu gün, 9 fevral saat 15:00-da təşkil olunacaq.