Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlarla görüşüb. Bu haqda 11 yanvar tarixində Şəhər İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Görüş 8 nömrəli tam orta məktəbdə keçirilib. Burada iştirak edən şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, mənzil növbəliliyi, fərdi yaşayış evinə su xəttinin çəkilişi, məktəbin yaxınlığında işıqforun quraşdırılması məsələləri üstünlük təşkil edib.
Niyazi Bayramov vətəndaşların problemlərinin qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib. Səsləndirilən məsələlərin bir çoxu yerindəcə həllini tapıb.