Gəncə Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşlarla görüşü keçirilib. Bu haqda 18 yanvar tarixində Şəhər İcra Hakimiyyətinə istinadən xəbər veririk.
10 nömrəli tam orta məktəbdə Niyazi Bayramov sakinlərlə görüşərək onları narahat edən məsələləri dinləyib. Vətəndaşların səsləndirdikləri müraciətlər işlə təminat, mənzil növbəliliyi, maddi yardım və digər məsələlərlə bağlı olub. Şəhər başçısı onların problemlərinin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.