Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin müraciətlərini dinləyib. Bu haqda 27 yanvar tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Niyazi Bayramov Gəncə Tibb Kollecində sakinlərlə görüşüb. O, səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib, bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.
Görüşdə Millət vəkili Pərvin Kərimzadə, Tibb Kollecinin direktoru Əməkdar həkim Mehman Rzayev, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.