Gəncədə qazi ilə görüş baş tutub. Bu haqda 15 mart tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Niyazi Bayramov Vətən müharibəsi iştirakçısı Elmar Nəsirovu qəbul edib. Şəhər rəhbəri müharibə əlilinin müraciətini dinləyib. Nəsirovun müraciəti, əsasən müalicə, maddi yardım və digər məsələlərlə bağlı olub. Onun səsləndirdiyi məsələlərdən əksəriyyəti yerindəcə həll edilib. Digərləri isə qeydiyyata alınıb.
Qeyd edək ki, Nəsirov Elmar Elmir oğlu 26 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır xəsarət alıb. O, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, müxtəlif medallarla təltif edilib.