Gəncədə sirk tamaşası təşkil olunacaq. Bu haqda 26 fevral tarixində “Gəncland”a istinadən məlumat veririk.
“Əfsanəvi sirk” adlı proqram Nikulin Sirkinin artistlərinin iştirakı ilə baş tutacaq. Tamaşa 8-25 mart tarixlərində keçiriləcək.
Sirkə biletlər fevralın 27-si saat 12:00-da satışa çıxarılacaq. Onları iticket.az saytından əldə etmək mümkün olacaq.
Qeyd edək ki, proqram Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Gəncland” Ailəvi İstirahət və Əyləncə Kompleksində baş tutacaq.