Gəncədə qəzalı lüklər təmir edilir. Bu haqda Gencexeber.az-a 25 noyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Natiq İsayev (keçmiş Krılov) küçəsində aparılır. Adıçəkilən əraziyə bir müddət öncə yeni asfalt örtüyü salınıb. Bu səbəbdən küçədə lüklər yol səthindən aşağıda qalıb.
Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunublar. Quyular asfalt örtüyü ilə bərabərləşdirilir.
Bildirilib ki, yararsız halda olan lük qapaqları yeniləri ilə əvəzlənəcək.