Gəncədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Regional Mədəniyyət İdarəsi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə tədbir baş tutub. Bu haqda 2 mart tarixində Apa-ya istinadən xəbər veririk.
"Musiqi kimliyimiz" layihəsinin ikinci günü Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində konsert proqramı təşkil olunub. Burada 5 saylı uşaq musiqi məktəbinin sazçalanlar ansamblı, şagirdləri "Ələsgər gözəlləməsi", “Şirvan Gülü”, “Sarıtorpaq”, “Ceyranım”, “Baş Müxəmməz”, "Paşaköçdü", “Koroğlu cəngisi”ni ifa ediblər.
Qeyd edək ki, bu gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.