Gəncədə böyüklər arasında turnir keçirilib. Bu haqda 26 dekabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
Yarış İlham Əliyevin doğum gününə həsr olunub. Tədbir Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Basketbol idman növü üzrə turnirə 50-yə yaxın fiziki tərbiyə müəllimi qatılıb.