Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 2 sentyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində qeydə alınıb. "VAZ-2106" "Mercedes" markalı yük maşını ilə toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[modula id="44163"]