Türkiyənin millət vəkili Şamil Ayrım Gəncədə olub. Bu haqda 8 aprel tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkili Şamil Ayrım şəhərimizə səfər edib. O, şəhər başçısı Niyazi Bayramovla görüşüb.
Görüşdə bildirilib ki, ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Daha sonra Azərbaycan və Türkiyə arasında olan tarixi dostluq və qardaşlıq münasibətlərindən söz açılıb.