Gəncədə sakinlər məhəllələrinin baxımsız olmasından narahatdırlar. Bu haqda Gencexeber.az-a 20 yanvar tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mahrasa bağından gedir. Buradakı yaşayış binalarının qarşısındakı ərazinin abadlıq işlərinə ehtiyacı var. Sakinlərin sözlərinə görə, ərazidə asfalt örtüyü salınmayıb. Bundan başqa, uşaqların asudə vaxtlarını keçirməsi üçün şərait yoxdur.
“Bir ədəd köhnə sürüşkən var, o da yararsız haldadır. Onlar üçün heç bir əyləncə yeri yoxdur. Məhəlləmiz toz-torpaq içərisindədir. Uşaqları həyətə buraxanda narahat oluruq. Yağış yağanda da hər tərəfdə gölməçələr yaranır. Aidiyyəti qurumlardan binalarımızın qarşısının abadlaşdırılmasını xahiş edirik”, - deyə sakinlər bildiriblər.