Gəncədə növbəti kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 29 iyun tarixində məlumat daxil olub.
Hadisə Mahrasa bağında qeydə alınıb. Ötən gün “Şəms” şadlıq sarayının qarşısında su xətti partlayıb. Nəticədə küçə boyunca su axmağa başlayıb.
Sakinlərin sözlərinə görə, aidiyyəti quruma müraciət olunub. Lakin məsələ həllini tapmayıb.