Gəncədə yeni klub fəaliyyətə başlayır. Bu haqda 9 aprel tarixində Maarif Evinə istinadən məlumat veririk.
Söhbət ədəbi məclisdən gedir. Klub Gəncə Maarif Evində fəaliyyət göstərəcək. İlk tədbir 10 aprel tarixində saat 14:00-da baş tutacaq. Burada Əhməd Cavadın yaradıcılığından danışılacaq.
Tədbirdə hər kəs ödənişsiz olaraq iştirak edə bilər.
Qeyd edək ki, Gəncə Maarif Evi Mərkəzi kitabxananın yanında (keçmiş “Oksi Baby” mağazasının 3-cü mərtəbəsində) yerləşir.