Gəncədə tibbi aksiya təşkil olunacaq. Bu haqda 1 aprel tarixində “Sun Academy”yə istinadən məlumat veririk.
Pulsuz konsultasiya “Sun Academy” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzində baş tutacaq. Burada müəssisənin mütəxəssisləri uşaq, yeniyetmə və yetişkənləri psixoloji müayinədən keçirəcəklər. Tibbi aksiya 4 aprel tarixində olacaq.
İştirak etmək istəyən şəxslər öncədən qeydiyyatdan keçməlidirlər. Bunun üçün (055) 504 24 55 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
Qeyd edək ki, mərkəz İsrafil Məmmədov küçəsində (5 nömrəli məktəbin arxasında) yerləşir.