Gəncədə kitabların təqdimatı keçiriləcək. Bu haqda 5 mart tarixində Mərkəzləşdirilmiş Kitabxana Sisteminə istinadən xəbər veririk.
“Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” və “Teatr, zaman və məkan” kitablarının təqdimatı baş tutacaq. Kitabların müəllifi teatrşünas-tənqidçi, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvü Anar Ərtoğrul Burcəliyevdir.
Təqdimat 7 mart tarixində saat 15:00-da Mərkəzi Kitabxanada təşkil olunacaq.