Gəncədə yolların birində kommunal qəza baş verib. Bu haqda 16 mart tarixində Gencexeber.az-a məlumat daxil olub.
Söhbət Şah İsmayıl Xətai prospektindən gedir. Adıçəkilən ərazidə yeraltı kanalizasiya xətti tutulub. Prospektə “Azərsu” ASC-nin briqadası cəlb olunub.
Analojı vəziyyətlə əlaqədar avtomobil yolunun bir hissəsi qazılaraq təmir işləri aparılır. Kommunal qəza aradan qaldırılır.
Qeyd edək ki, həmin yolda avtomobillərin hərəkəti qısmən məhdudlaşdırılıb.